Xalq artistinin evinə oğru girib

9 Aprel 2014 15:25 (UTC+04:00)

Xalq artisti Amaliya Pənahovanın evinə oğru girib. 


Movqe.az "vesti.az"a istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı Xəzər rayon polis idarəsindən veriblər. Dünən A.Pənahova polis idarəsinə müraciət edərək Mərdəkandakı bağ evində siqnalizasiya sisteminin işə düşdüyünü bildirib. Evi yoxlamağa gələn xalq artisti ikinci mərtəbədəki qapının açıq olduğunu,  lakin heç bir əşyanın itmədiyini görüb. Polis hadisəni araşdırmağa başlayıb. Amaliya Pənahova hadisə ilə bağlı danışmaq istəmədiyini deyir.


Xatırladaq ki, 2013-cü ilin sentyabrında Amaliya Pənahovanın adıçəkilən evindən 30 min manat pul və zinət əşyaları oğurlanmışdı. Həmin vaxt oğrular evə pəncərədən daxil olmuşdular. Lakin Amaliya xanım birinci oğurluğ hadisəsi barədə polisə məlumat verməyib.