Məktəblərdə narkomaniya əleyhinə tədbirlərə başlanılacaq

9 Aprel 2014 15:19 (UTC+04:00)
Paytaxtın orta ümumtəhsil müəssisələrində narkomaniya əleyhinə layihələrə start veriləcək. Bu sözləri Movqe.az-a açıqlamasında Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev verib.M. Əfəndiyev bu layihənin ötən il Bakının 42 məktəbində keçirildiyini, bu ildə məktəblərdə "Narkomaniyaya yox deyək!" devizi altında tədbirlərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, məktəblərdə bu cür tədbirlərin keçirilməsi yeniyetmələr arasında narkotik vasitə istifadəçilərinin sayını azaldır. M. Əliyev bu tədbirlərə yaxın günlərdə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, müxtəlif dövlət və qeyr-hökumət təşkilatları ilə birgə start veriləcəyini söyləyib.