12 elektron xidmətindən 643 861 nəfər istifadə edib

9 Aprel 2014 18:27 (UTC+04:00)

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edilməsi ilə bağlı statistik məlumatları açıqlayıb.  TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarına uyğun olaraq vətəndaşlara komissiya tərəfindən 12 növ elektron xidmət göstərilir. Komissiya vətəndaşların bu xidmətlərdən 2014-cü ilin birinci rübündə istifadə etməsinə dair statistik məlumatları təqdim edib. Belə ki, bu müddət ərzində TQDK-nın 12 elektron xidmətindən 643 861 nəfər istifadə edib. Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulunda 25 974, Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsindən 57 217, Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsindən 92 150, namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsindən 33 976, bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışından 125 319, sınaq imtahanına yazılışdan 55 392, Onlayn sınaq imtahanının keçirilməsindən 3149, internetdə video mühazirələrdən 157 064, TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışdan 92 779, TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışından 274, TQDK-nın yenilikləri barədə SMS məlumatlandırmadan 567 nəfər istifadə edib