NASA-ın çəkdiyi fotoşəkil həyəcan yaratdı

9 Aprel 2014 20:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, NASA-ın Marsdan fotoşəkil göndərən robotu Curiosity-in çəkdiyi son fotoşəkil NASA-nı şərh vermək məcburiyyətində qoyub.

NASA-ın uzun zamandır Marsdan fotoşəkillər göndərən robotu Curiosity-in dünyaya keçdiyi son fotoşəkil internetdə yayımlandıqda böyük səs yaradıb.

İnternetdə bir çox istifadəçi tərəfindən paylaşılan fotoşəkillər üçün istifadəçilər "başqa bir dünyaya açılan qapı", "bir yadplanetli" və "super qəhrəman" kimi şərhlər etməyə başlayıb. 

Fotoşəkilin həddindən çox müzakirəsinin ardınca NASA -dan şərh gecikməyib. Hər həftə bu tip fotoşəkillərlə qarşılaşdıqlarını deyən NASA səlahiyyətliləri, bu işığın qayaya vuran kosmik bir işıq ola biləcəyi və ya Günəşdən gələn işığın qırılmasıyla belə bir görüntünün ortaya çıxa biləcəyinə diqqət çəkilib.