"Simurq" klubunun prezidenti İspaniyaya işgüzar səfərə gedib

9 Aprel 2014 20:17 (UTC+04:00)

"Simurq" Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov İspaniyaya işgüzar səfərə gedib. Movqe.az saytının məlumatına görə, klub prezidenti səfər zamanı paytaxt Madriddə "Joma" şirkətinin rəhbərliyi ilə görüşüb və gələcək əməkdaşlıq müzakirə edilib. Nəticədə yüksək keyfiyyətli idman geyimləri və aksessuarlarına görə dünyada məşhur olan marka ilə "Simurq" arasındakı müqavilə daha bir il müddətinə artırılıb. Növbəti mövsümdə Zaqatala təmsilçisi "Joma" şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edəcək. Yaxın günlər ərzində isə komandanın yeni forması ictimaiyyətə təqdim ediləcək. A.Bəkirov səfər müddətində bir neçə tanınmış menecerlərlə görüşlər keçirməyi planlaşdırır. Klub prezidenti bu gün Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Atletiko Madrid" - "Barselona" oynuna da tamaşa edəcək.