Partiya qurultaya hazırlaşır

9 Aprel 2014 20:31 (UTC+04:00)

Bunu AzNews.az-a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sabiq sədri Qələndər Muxtarlı deyib. O, vurğulayıb ki, gələn həftə qurultayla bağlı qərar veriləcək: "Hazırlıq işləri başa çatır. Gələn həftə toplantımız olacaq və orada yekun qərar verəcəyik".Q.Muxtarlı onu da əlavə etdi ki, mayın 3-ü milliyyətçilər günüdür. Bu səbəbdən də o, rəhbərlik etdiyi partiyanın qurultayının məhz milliyətçilər günü keçirilməsi təklifində bulunacaq.