Roza: "Şou-biznes insanlarının 50%-i, ya 90%-i narkomandı"
10 Aprel 2014 11:41 (UTC+04:00)
Tanınmış müğənni Roza Zərgərli gitara ifaçısı Rəmişin və rejissor
Kənan MM-in cavabını verib. Mövqe.az xəbər verir ki, konkret ad
çəkməsə də müğənni şou-biznes əhlinin əksəriyyətinin narkoman
olduğu iddiasına cavabını ləngitməyib. Roza hətta belə iddia edən
insanların həbs olunmasını da istəyib: "O insanlar var ha, çıxıb
efirdən ya deyirlər ki şou-biznes insanlarının 50%-i, ya 90%-i
narkomandır. Çox yaxşı olardı ki o insanları müvafiq orqanlar dəvət
edib narkotik istifadəçilərinin adlarını söyləsinlər. Söyləməsələr
isə tutsunlar".