Hindistanda 9 mərhələli seçkilər davam edir

10 Aprel 2014 11:45 (UTC+04:00)

Milyonlarla hindistanlı ümumi seçkilərin ilk günü səsverməyə gedib. Movqe.Az xəbər verir ki, səsvermə 91 yer üzrə 14 ştatda paytaxt Dehli  daxil olmaqla, Ultar Paradeş, Kerala və Orissada keçiriləcək. Bazar ertəsindən başlayan 9 mərhələli səsvermə 12 mayda sona çatacaq. Səslər 16 mayda hesablanacaq. Hələlik 814 milyondan çox hindistanlının səs verməsi gözlənilir.