Dövlət Komitəsi məqalə müsabiqəsi elan edib

10 Aprel 2014 11:52 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  (AQUPDK) Heydər Əliyevin xatirəsinə həsr olunan "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsi elan edib. Komitədən Movqe.az-a  verilən məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər.

 

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı[email protected] elektron ünvanına göndərə bilərlər.  Müsabiqəyə təqdim olunacaq məqalələr Arial  şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Müsabiqənin qalibləri mükafatlandırılacaq.