Salyan camaatı vəhabilərə qarşı ayağa qalxdı

10 Aprel 2014 12:34 (UTC+04:00)
Salyanda yerli sakinlər, əsasən, vəhabilərin toplaşdığı məscidlərdən birinə hücum edib.  Salyan sakinlərindən ANS PRESS-ə verilən məlumata görə, etirazçılar məscidə hücum etdikdən sonra vəhabilərə məxsus mağazalardan birinə hücum ediblər. Məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Polis təhqiqatçısı Telman Baloğlanov faktı təsdiqləyib. O. bildirib ki, məsələ ilə bağlı vəhabilər polis şöbəsinə şikayətlər edirlər. Telman Baloğlanovun sözlərinə görə, faktla bağlı araşdırma aparılır. Məsələni diqqətdə saxlayırıq.