BDU-dan intihar etmək istəyən tələbə ilə bağlı açıqlama-"passiv tələbə kimi qeydiyyatdadır"

10 Aprel 2014 15:30 (UTC+04:00)
Bakı Dövlət Universiteti (BDU) intihara cəhd edən tələbə ilə bağlı açıqlama verib. Movqe.az xəbər verir ki, BDU-nun mətbuat xidmətinin  rəhbəri Pərvanə İbrahimova Babayeva Aysel Muxtar qızının qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirib ki,  o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib: "Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır".

Qeyd edək ki, Bakıda 23 yaşlı qız intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.  Şirvan şəhəri Sahib Zeynalov küçəsi ev 2,  mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20:18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.Polisdən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəni qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilib.