14 yaşlı qızla cinsi əlaqədə olan oğlan həbs edilib

10 Aprel 2014 16:21 (UTC+04:00)

Ucar sakini hədd-buluğa çatmayan qızla cinsi əlaqədə olduğu üçün həbs edilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə rayon mərkəzində baş verib. Ucar şəhər sakini 25 yaşlı, Məlikov Taleh Mirsahib oğlu 8-ci sinif şagirdi olan 14 yaşlı qızla cinsi əlaqədə olduğu üçün Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar rayon polis şöbəsində cinayət məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi açılıb. Araşdırma aparılır.