Sınaq imtahanının nəticələri açıqlandı

10 Aprel 2014 16:25 (UTC+04:00)
Aprelin 6-da keçirilən sınaq imtahanının nəticələri açıqlanıb.  TQDK-dan Movqe.az-a verilən məlumata görə,Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini aprelin 10-da saat 14:00-dan etibarən elan edib.  Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.  Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.  Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.  Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.