Masazırda duz iməcliyi - Fotolar
10 Aprel 2014 17:00 (UTC+04:00)
"Azərsun Holdinq" yodlaşdırılmış "Azərduz"
markasının mənbəyi olan Masazır gölünün ətrafında iməcilik təşkil
edib. Movqe.az xəbər verir ki,
iməcilikdə şirkətin əməkdaşları ilə yanaşı Masazır sakinləri də
böyük həvəslə iştirak ediblər. Duz çıxarmanın ata-baba peşələri
olduğunu bildirən kənd sakinləri Masazır gölününün ətrafının təmiz
saxlanılması istiqamətində Zavodun göstərdiyi təşşəbbüsü hamılıqla
dəstəkləyiblər. Hər il mövsümdə duz toplayaraq fabrikə təhvil
verən kənd sakinləri, Zavodun fəaliyyətə başlaması ilə daha çox
gəlir əldə etdiklərini və maddi vəziyyətlərinin yaxşılaşmasını qeyd
ediblər. Artıq bir çox ölkədə tanınan və keyfiyyəti ilə məşhur
"Azərduz"u istehsal etmələri ilə qürur duyduqlarını bildiriblər.
İməcilikdən sonra hamı bir süfrə arxasında əyləşib gördükləri bu
xeyirxah işin dadını çıxarıblar. Qeyd
edək ki, Masazır Duz zavodunda istehsal edilən məhsullar
istehlakçılar tərəfindən böyük rəğbət qazanıb və bazarda əcnəbi
məhsul adı altında satılan duzlardan dəfələrlə keyfiyyətli olduğunu
nümayiş etdirib.
![](/photos/movqe/drrrr.jpg)
![](/photos/movqe/dyzzzz2.jpg)