Radikal dindarlığa qarşı birgə mübarizəyə ciddi zərurət yaranır

11 Aprel 2014 08:23 (UTC+04:00)

"Bəzi cərəyanlar dini ifratçılığı genişləndirmək və islam məzhəbləri arasında ixtilaf yaratmaqla milli birliyi pozmaq niyyətindədirlər ki, belə bir tendensiyasnın qarşısını almaq lazımdır". Bunu Prezident İlham Əliyevlə görüşündə İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi deyib. O, iki ölkə arasındakı qonşuluq, dini, mədəni və tarixi bağlılıqların münasibətlərin möhkəmlənməsində önəmli olduğunu önə çəkib. Dini lider konkret adlar göstərməsə də, təhlilçilərin qənaətinə görə, bu sözlər ən çox radikal vəhhabilərə yönəlmiş ifadələrdir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl hesab edir ki, İranın dini liderinin bu sözləri deməyi təbiidir: "Xamneyi İranda, Azərbaycanda dominant olan şiyəliyin parçalanmamasını daha çox nəzərdə tutur. Amma konkret hansı təriqətin İslamı parçaladığını deməsə də, aydın məsələdir ki, son dövrlərdə xüsusən Suriyada baş verən hadisələrə görə yəqin ki, vəhhabilərin, sələfilərin, təkfirçşilərin radikal qanadlarını nəzərdə tutur. Amma bunun siyasi çaları daha çox Suriya ilə bağlıdır. Söhbət yalnız bu istiqamətdə gedir. Yoxsa, Azərbaycan cəmiyyətində elə bir hal yaranamyıb ki, həmin radikal təriqətlər İslamı, Azərbaycan cəmiyyətini parçalamaq gücündə olsunlar".

İlham İsmayıl bildirdi ki, radikal təriqətlərə qarşı mübarizə başlıca olaraq maarifləndirmə işlərindən keçir: "Əsl İslam nədir, Quran nə deyir? İllər boyu bizdə sünnilərlə şiələr arasında qarşıdurma olmayıb. Digər təriqətlərdə də vicdan azadlığı var. Amma təriqətlət radikal istiqamət alanda artıq qanunun sərt dili ilə danışılmalıdır. Profilkatik tədbirdən tutmuş, həbs qəti imkan tədbirlərinə qədər davam etdirilməlidir. Formalaşmış dini şüurua qarşı hər hansısa radikal addım atılanda cəmiyyətdə problemlər yaranır. Bu əhval-ruhiyyə artar-artar və dindar kəsim arasında qarşıdurmaya gətirib çıxara bilər. Ona görə də həm marifləndirmə, həm də qanun sərt dili ilə danışmaq lazımdır".

Millət vəkili Asim Mollazadə hazırda dünyada zorakılıq üsullarından istifadə edərək terroru bir vasitə kimi seçən bir neçə təriqətin olduğunu bildirdi: "Bu da təbii olaraq dünyada İslam dininə xələl gətirir. Əslində, İslam sülh və məhəbbət dinidir. Digər səmavi dinlər kimi İslamın da əsas məqsədi məhz insanın inkişafıdır. Azərbaycan İslam dünyasının dünyəvi ölkəsidir. Tarixən Azərbaycan dünyəvi dinlərlə yanaşı, etnik qrupların əməkdaşlığı olan məkan olub. Azərbaycan bütün dinlərə, millətlərə torent, dözümlü yanaşması var. Zor istifadəsinə Azərbaycan hər zaman qarşı olub. Bunun üçün də biz Azərbaycanın ərazisinə heç bir belə bir radikal təriqatların fəaliyyətinə imkan verməyəcəyik. Azərbaycanın öz tarixi ənənələrinə sadiq qalacaq".

Millət vəkili əlavə etdi ki, radikal təriqətlərlə mübarizədə hər kəsin üzərinə bir vəzifə düşür: "Azərbaycan hazırda antiterror koalisiyasının çox fəal üzvüdür. Beynəlxalq terrordan zərər çəkmiş bir ölkə kimi beynəlxalq terrorla mübarizə aparır. Azərbaycanın dövlət siyasəti insanların dini azadlıqlarından ibarətdir. İfrat dindarlarla mübarizədə dini təhsilin səviyyəsinin yüksəlməsi zəruridir".