ABŞ-ın keçmiş xarici işlər naziri Hillari Klintona , Las Vegasda keçirilən konfransda çıxış etdiyi vaxt ayaqqabı atılıb. Üzərinə gələn ayaqqabıdan son anda əyilərək qaçan Klinton , "O, yarasa idi?" deyə soruşub.
Movqe.Az xəbər verir ki, kameraların qeyddə olduğu vaxt reallaşan hadisə , 66 yaşındakı Klintonun natiq olaraq qatıldığı Mandalay Bay Hoteldə , təxminən min nəfərin izlədiyi bir proqramda meydana gəlib.
Klintonu qoruyan Gizli Xidmət spikeri Corc Ogilvie , "Etirazçı , içəri biletsiz girmiş bir qadındır və bunu nə məqsədlə etdiyi bilinmir. Klinton , son anda əyilərək ayaqqabıdan xilas olub. Salondan çıxarılan qadın , gizli xidmət və otel təhlükəsizliyi vəzifəliləri tərəfindən nəzarətə alınıb " deyib.
Ayaqqabının atılmasından sonra təəccüblənən Klinton , "O bir yarasa idi? Kimsə mənə nəsə atdı ? Cirque du Soleil şousundayıq? Aman Allahım , qatı tullantı rəhbərliyinin bu qədər mübahisəli və ixtilaflı olduğunu bilmirdim" deyə zarafat edib. Klinton , daha sonra nitqinə qaldığı yerdən davam edib.