Leonardo Di Kapriyonun yeni sevgilisi kimdir?

21 İyun 2012 13:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki,aktyor Leonardo Di Kapriyo 4 ay əvvəl aktrisa Bleyk Lavlidən ayrılıb. Lakin Leonardo bu boşluğu artıq doldurub. İndi o," Victoria's Secret " -in mələyi Erin Xatertonla görüşməyə başlayıb. Cütlük Nyu-Yorksayağı istirahət edir.Belə ki, onlar velosiped sürür, Manhettanda kafedə yemək yeyirlər.

Bundan əvvəl aktyor Leonardo Di Kapriyo, Bleyk Lavli, Bar Rafaeli, Anna Vyalitsina, Jizel Bündxenlə görüşüb.Lakin bu münasibətlər uğursuz olub.