Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişli rayonunda "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçrilib. Konfransdan öncə tədbir iştirakçıları İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Daha sonra rayonda müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Mərkəzin konfrans zalında baş tutan tədbirdə İmişli rayon ictimaiyyəti, yerli media oraqanlarının, vətəndaş cəmiyyəti institlarının təmsilçiləri, həmçinin, ümumrespublika yayımlı KİV-lərin rəhbərləri iştirak ediblər. Konfransı açıq elan edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə tədbirin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb . Rayonda gedən abadlıq-quruculuq işləri barədə danışan V.Hacıyev deyib: "Bu gün İmişlidə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayonumuz illik xərclərini artıq öz büdcəsi hesabına ödəyir və mərkəzi büdcədən dotasiya almır. Məlumat üçün bildirim ki, rayonun büdcəsi 25 milyon manatdan artıqdır". İcra başşısı təhsil, səhiyyə, mədəniyyət sferalarında əldə olunan uğurlardan da danışıb: "Sənaye, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunub. İşsizlik problemi demək olar ki, tam həllini tapıb". İcra başçısı media ilə qarşılıqlı əməkdaşlığa da mühüm önəm verdiklərini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın
media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın
inkişafına böyük töhfə verdiyini qeyd edib: "Bundan öncə də bu
qəbildən olan tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda
keçrilib. Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti
orqanları arasında qarşılıqlı əməkdaşlıq dərinləşir, inkişaf edir".
Vüqar Səfərli Azərbaycanda medianın inkişaf tarixi, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və
fəaliyyəti barədə də iştirakşılara genış məlumat verib: "Azərbyacn
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması mediaya ən yüksək səviyyədə göstərilən dövlər
qayğısının növbəti təzahürü oldu. Bu gün KİV-in inkişafında Fond
vacib rol oynayır"
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov da İmişlidə son illərdə dinamik inkişaf müşahidə
oldunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, o, cəmiyyətin
həyatında medianın oynadığı rol barədə də iştirakçılara geniş
məlumat verib. Azərbaycan Milli Televiziya və Radio Şurasının sədi
Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, bu gün həyatın hər hansı
sahəsini mediasız təsvvür etmək mümkün deyil. O, İmişlidə gedən
abadlıq-quruculur işlərinin mediada işıqlandırılması barədə
fikirlərini iştirakçılarla bölüşüb.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən bu səpkili tədbirlərin mühüm önəm kəsb etdiyini bildirib. O, Azərbaycanda digər sahələr kimi medianında sürətli inkişaf yolunda olduğunu qeyd edib. Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.