Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir.
Eurovizion.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün
belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni
mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə
qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5
milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer
ayrılıb.
Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirir. Bu
yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki,
burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı
müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un
mahnısını ifa edəcək.
Qeyd edək ki, gələn il "Eurovizion"-un 60 illiyi, saxta "erməni
soyqırımı"nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə
aparılır ki, ermənilər soyqırımın 100 illiyini 40 ölkənin
nümayəndəsi ilə qeyd edə bilsin.
Məlumat üçün deyək ki, Türkiyə bu il də musiqi yarışmasında iştirak
etməyəcək - İbrahim Şahin (TRT rəhbəri) "Eurovizion"u "xristian
klubu" adlandırıb.
Aktual.az-a danışan ekspertlər bildirir ki,
həqiqətdə də Bosniya, Makedoniya və... Azərbaycanın iştirak
etməyəcəyi halda, "Eurovizion" "xristian klubu" adını
rəsmiləşdirəcək. Halbuki Azərbaycan bu yarışmada ardıcıl olaraq
dörd illik çıxışında hər iştirakında bir pillə irəliləməklə həm
yarışmada birinci yeri, həm də musiqisi ilə dünyanı fəth
edib.
Ümid etmək istərdik ki, "Eruovizion" rəhbərliyi "erməni barmağı"na
dolaq olmağını özünə rəva görməz. Ən azından birinci olmaq istəyən
ölkələrin, məsələn elə Azərbaycanın birincilik nümunəsi
var.
Azərbaycan mətbuatında "Eurovizion"un hər ilki qaliblərinin
siyahısı verilmişdi ötən illərdə və o "qaliblər siyahısı"nda güman
və fərziyyələrin içində bir məntiq də vardı: "Eurovizion" müəyyən
illərdə müəyyən ölkələrin siyasi istək və iddialarına qarşılıq
olaraq saxtalığa gedib.
Xatırladaq ki, bu il keçiriləcək 59-cu "Eurovision" mahnı
müsabiqəsinə ev sahibliyini Danimarka (Kopenhagen) edəcək. Müsabiqə
bu il "Join us" (Bizə qoşul) mövzusunda olacaq.
Ermənistan təmsilçisi 1-ci yarımfinalda İsveç, Albaniya, İslandiya,
Rusiya, Latviya, Azərbaycan və Estoniya kimi ölkələrin
nümayəndələri ilə mübarizə aparacaq.