Əzrailə həbs cəzası

21 İyun 2012 13:27 (UTC+04:00)

Movqe.az "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərədə tək yaşayan 54 yaşındakı Şarron Mayers yuxudan oyandıqda qarşısında Əzrail dayandığını görüb. Mayersin dişləri titrəməyə başlayıb. Mayers o an cəsarətini toplayıb, üzünə toxunan əli dişləməyə çalışsa da bacarmayıb. Cəsarətini yenidən toplayaraq Əzrailin maskasını çıxaran Mayers onun qonşusu olduğunu görüb. Dörd uşaq atası olan Evansa Mayersin şikayətilə məhkəmə işi açılıb. Evans 45 həftəlik həbs cəzasına məhkum edilib. Daha sonra  Evansın həbs cəzası 750 poundpul cəzasına və 5 il dövlət xidmətinə çevrilib.