Yuxuda çevrilmə hallarının səbəbi
12 Aprel 2014 12:01 (UTC+04:00)
Finlandiya alimləri yuxuda olarkən insanların niyə
tez-tez çevrilməsinin səbəblərini araşdırıb. Movqe.az ans press-ə
istinadən xəbər verir ki, müşahidələr zamanı hesablayıblar ki,
yetkin yaşlı insanlar bir gecə yuxusu ərzində yerlərində 15-20 dəfə
hərəkət edir.
Uşaqların isə böyüklərdən bir neçə dəfə çox böyrü
üstə çevrildiyi bildirilir. Yatarkən hərəkətsiz qalmaq əl və
ayaqlarda limfanın və qanın durğunlaşmasına, keyləşməsinə və
şişkinliyə səbəb olduğundan yuxuda çevrilmə hallları baş verir.
Belə fəsadlarla sərt yataqda yatanlar daha çox rastlaşa
bilərlər.
Aparılan bəzi araşdırmalar sayəsində bir sıra
alimlərin sərt yataqda yalnız ürəyi və böyrəyi tam sağlam
olanların, arterial təzyiqi qaydasında olanların yata biləcəyini
deyiblər. Bu cür hallar da müxtəlif narahatlıqlara gətirib
çıxarır.