Məşhur aktyorun barmaqları kəsilə bilər (FOTO)
12 Aprel 2014 12:06 (UTC+04:00)
Yanvarın 17-dən bəri xəstəxanada müalicə olunan
türkiyəli aktyor Nejat İşlerin yeni fotosu yayılıb.Movqe.az ans
press-ə istinadən bildirir ki, İşlerin xəstəxananın koridorunda
çəkilmiş şəkil sosial şəbəkələrdə paylaşılıb. Şəkildə Nejat İşlerin
sağ əlində qara əlcək olduğu görünür. Məlumata görə, müalicə
prosesi ilə əlaqədar aktyorun barmaqlarında göyərmələr
yaranıb.
Nejat İşlerin meneceri bildirib ki, daha əvvəl də
aktyorun ayaqlarında belə bir problem olub və barmaqların
kəsilməməsi üçün müalicəyə başlayıblar.
"Ayaqlarında da eyni vəziyyət olmuşdu. İndi əl
barmaqları da göyərib. Müalicə başlanıb. Müalicə prosesinin yaxşı
keçəcəyini ümid edirəm. Müalicədən sonra barmaqları kəsilməkdən
xilas olacaq".
