Gəlin toy gecəsi bəyi öldürdü
12 Aprel 2014 14:02 (UTC+04:00)
Nigeriyada dövlətində dəhşətli cinayətin üstü
açılıb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
Nigeriyada toyların birində faciə yaşanıb. Toy zamanı bəy və
qonaqlar çaxırdan zəhərləniblər. Həkimlərin səyinə baxmayaraq, bəy
və 3 qonaq ölüb. Zəhərlənən digər 10 nəfərin həyatını xilas etmək
mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, içkiyə siçan
zəhəri qatılıb. Zəhəri içkiyə gəlin özü qatıb.
Sən demə, 14 yaşlı Vasilə Umaro sevmədiyi 35 yaşlı
Umaru Saniyə zorla ərə verilib. Qızı yüksək məbləğli pul
qarşılığında zorla ərə veriblər.
Azyaşlı gəlin özündən iki dəfə böyük olan kişiyə
ərə getməmək üçün cinayətə əl atıb. Gəlin içkiyə ən güclü siçan
zəhəri qatıb.
Cinayətkar gəlin polis tərəfindən saxlanılıb. İndi
ər evinə getmək istəməyən qız, həbsxanaya gedəcək.