Krım konstitusiyası bu gün qüvvəyə minir
12 Aprel 2014 15:00 (UTC+04:00)
Krımda yerli əhali artıq Krımın konstitusiyasında
dəyişikliklər üçün səs verməyə hazırdır.
Movqe.az ans press-ə istinadən xəbər verir ki, bu
gündən Rusiya Federasiyasının tərkibinə qatılmağı təsdiqləyən Krım
konstitusiyası qüvvəyə minir.
Sənədin mətni Krım Parlamentinin rəsmi qəzetində
(Krım xəbərləri) dərc edilib.
Krım Dövlət Şurasının sədrinin birinci müavini
Qriqori İoffe bildirib ki, 12 aprel tarixini Krım Respublikasının
konstitusiyasının qüvvəyə mindiyi gün kimi qəbul etmək
lazımdır.
Onun sözlərinə görə, sənədə gələcəkdə əlavə
düzəlişlər ediləcəyi də istisna edilmir.