Dələ şəhərə 300 min dollar ziyan vurdu

12 Aprel 2014 16:05 (UTC+04:00)
ABŞ-ın İndiana ştatında, Fort-Ueyn şəhərində maraqlı partlayış baş verib. Movqe.az ans press-ə istinadən xəbər verir ki, hadisə nəticəsində şəhər bir gecə işıqsız qalıb.


Araşdırmalar zamanı məlum olub ki, partlayış şəhərin mərkəzi elektrik şəbəkəsində baş verib. Partlayışın səbəbi isə hamını təəccübləndirib.

Demə dələ balası şəhərin elektrik şəbəkəsinə girib. Dələ yüksək gərginlikli xətlərə toxunduğu üçün qısaqapanma baş verib. Nəticədə şəhərə 300 min dollar məbləğində ziyan dəyib.

Hadisə nəticəsində yaranan problem çox olduğu üçün onu bir neçə gün ərzində aradan qaldırmaq mümkün olmayıb.