İtkin düşən şəxsin meyiti tapıldı

12 Aprel 2014 17:05 (UTC+04:00)
İtkin düşmüş Mingəçevir şəhər sakininin meyiti tapılıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, meyidi Bərdə rayon polis şöbəsinin əməkdaşları aşkarlayıb.

Onların keçirdikləri tədbirlər nəticəsində "Qarabağ" kanalının rayonun Mehdili kəndi ərazisindən keçən hissəsindən meyit tapılıb.

Tapılmış meyitin martın 23-dən itkin düşmüş Mingəçevir şəhər sakini Bəkir Osmanov olduğu müəyyənləşdirilib.