Kılıçdaroğluna yumruq atan gəncin anası danışdı (FOTO)
12 Aprel 2014 21:10 (UTC+04:00)
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri
Kamal Kılıçdaroğluna hücüm etmiş Orhan Övətin anası Vəsilə Övət
oğlundan şikayətçi olmayan Kılıçdaroğluna təşəkkür
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Elmadağda yaşayan Övət mətbuata açıqlamasında Kılıçdaroğluna atılan
yumruğu 85 yaşlı atasına atılan yumruq kimi gördüyünü bildirərək
Kılıçdaroğlundan təkrar üzr istəyib.
"Bir atalıq etdı mənim oğluma. Allah yüz min kərə
razı olsun. Özəlliklə yenə Kılıçdaroğlundan üzr istəyirəm. Mənim
atam 85 yaşında. Kılıçdaroğluna atılan o yumruq atama atılmış
yumruqdur. Mənim övladım bir cahillik edib. Bağışladı, Allah bir
kərə deyil, min kərə razı olsun. Uşaqlarından və bütün qohumlarının
hamısından üzr istəyirəm", - deyə Vəsilə Övət
bildirib.
Oğlunun banka borçlarının ödəndiyinə dair
iddiaları da yalanlayan ana Övət oğlunun 18 milyard lirə banka
borcunun olduğunu və bu borcun ödənmədiyi deyib: "Oğlumun banka 18
milyard lirə borcu var. Bank borcunu ödəmədi. Banka borcu var.
Gedib araşdıra bilərlər. Mənim oğlumun borcu bağlanıbsa, boynum
tukdən incədir".

