Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etdi
12 Aprel 2014 22:02 (UTC+04:00)
Milli Məclis İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında qərar qəbul
edib.
Movqe.az ANS PRESS-.ə istinadən xəbər verir ki ,
dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq
edilib.
Yeni dəyişikliklərə əsasən, 155.2.1-ci maddədən
"və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud
konstruksiyasının digər ünsürləri nasaz olan" sözləri çıxarılıb.
Əvəzində "155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə
silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya
mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və
belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat
vasitəsinin istismarına görə - əlli manat miqdarında cərimə edilir"
sözləri əlavə edilib.
Eyni zamanda "391.1-1. Yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan,
foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə inteqrasiya olunmalıdır" ifadələri əlavə
edilib.
Həmçinin bu Məcəllənin 151.1, 151.2, 151.3,
151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində
nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi
texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş
verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən
törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt
rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta
haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd
formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya
sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə
təsdiqlənir".
Eyni zamanda dəyişikliyə əsasən aşağıdakı maddələr
əlavə olunub:
"410-1.8. Foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edilmiş inzibati xətalara görə:
410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində
nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin
istifadəçisini səlahiyyətli orqana çağırmaq;
410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq
törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci
maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək
qadağandır".