Yasamalda mağazalar söküldü – Foto

21 İyun 2012 14:31 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən mağazalar söküldü. 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin tələbələri üçün Elimlər Akademiyası Metrosunun yeni çıxışı tikilir. Bu layihəyə görə, tələbələr metrodan yeni çıxış ilə bir başa universitetin həyətinə çıxacaqlar.

Lakin metronun yeni çıxışının tikilməsi bir çoxu üçün problemlər yaratdı.

Universitetin ətrafındakı mağazalar söküldü. Buna səbəb isə yeni çıxışın tikilməsidir. Layihəyə görə, çıxış məhz mağazaların yerləşdiyi ərazidə olmalıdır. Bu səbəbdən də, mağazalar tikintiyə maneələr törədi.

Bu haqda keçmiş mağaza sahiblərini söhbətə tutduq. Onlardan biri mağazası sökülsə də, hələ heç bir təzminat almadığını bildirdi.

Qeyd edək ki, bu ərazidə müxtəlif restoranlar, internet klublar və mağazalar fəaliyyət göstərirdi. Lakin bir gün ərzində bu obyektlərdən əsər əlamət belə qalmadı.

Movqe.Az-ın əməkdaşı hadisə ilə bağlı Yasamal Rayon İcra hakimiyyəti ilə əlaqə saxlasada, sualı cavabsız qaldı. 

Mağazaların yerləşdiyi ərazidən şəkilləri oxuculara təqdim edirik.

Türkan Nadirqızı

Movqe.Az