Nurçulardan Bakıda 30 nəfərin saxlanması ilə bağlı açıqlama
13 Aprel 2014 16:04 (UTC+04:00)
Ötən gün gecə saatlarında Bakının Yasamal
rayonunda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində
saxlanılan 30-dan çox insanın vəkili Yasamal Rayon Polis Şöbəsinə
müraciət edəcək.
"Nur təriqətinə" məxsus olduğunu deyən şəxslərdən
biri ANS PRESS-ə açıqlamasında saxlanılan şəxslərin nurçu olduğunu
olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində
onlara heç bir məlumat verilmir:
"Onları bölməyə aparıblar. Ordan isə hara
apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması
ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil
ordenlə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək.
Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar Nur camatıdırlar,
Gülən camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz
qılırlar, kitab oxuyurlar.Ora bir kişinin evidir, mülküdür. O evin
sahibi hacıdır.Qanunsuz şəkildə gəlib evə giriblər guya ki orada
terrorçular yaşayır".
Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi
ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz iş günü olmadığı üçün
bir nəticə vermədi.
Qeyd edək ki, Bakının Yasamal rayonunda
"İnşaatçılar" metrosu ərazisində, Şərifzadə-Talıblı, Xıdır
Mustafayev küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış evində
Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində
saxlanılan 30-dan çox şəxs saxlanılıb. Onların yaşadıqları
mənzillərdən xeyli sayda dini kitablar da müsadirə
edilib.
Hadisənin növbəti gedişatı haqda məlumat
verəcəyik.