Müsəlman təqviminin aylarının adları
13 Aprel 2014 19:08 (UTC+04:00)
Müsəlman təqvimi dedikdə hicri-qəməri təqvim nəzərdə tutulur.
Movqe.az İslam.az saytina istinadən xəbər verir ki , Hicri-qəməri
təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə
hicrətindən hesablanır.
Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən
istifadə edilir. Bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur.
Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan
ibarətdir.
Ayların adı ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl,
rəbiül-axır (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır
(və ya cəmadiyüs-sani), rəcəb, şaban, ramazan, şavval, zilqədə və
zilhiccə.