Azərbaycan adları Türkiyənin küçələrinə verilib

21 İyun 2012 15:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın adları Türkiyənin küçələrinə verildi.

Azərbaycanın tarixi adları Türkiyənin adsız olan küçələrinə verilib.

Qeyd edək ki, bu qərar Ankara Böyükşəhər Bələdiyyə Məclisi tərəfindən qəbul edilib.

Ankara şəhərinin 1-ci Orqanizə Sənaye bölgəsinsə olan dörd küçə adsız idilər. Qərara görə, bu küçələrə Azərbaycanın tarixi və bölgə adları verilib. 4 saylı küçəyə - Naxçıvan küçəsi, 9 saylı küçəyə - Ağqoyunlu küçəsi, 7 saylıya – Qarabağ küçəsi, 8 saylı küçəyə - Qaraqoyunlu küçəsi adları verildi.

Türkan Nadirqızı

Movqe.Az