Nadir təbiət hadisəsi

21 İyun 2012 16:02 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Avstraliyada nadir görülən təbiət hadisəsi baş verib. Güclü yağışlar nəticəsində yaranan nəhəng köpüklər sahillərə vurmağa başlayıb. Bölgədə hər 5 ildən bir görülən nəhəng dalğalar Viktoria əyalətinin Lorne sahilinin 4 kilometrliyinə qədər uzanıb. Təbiətin yaratdığı ağ köpük duşunda islanmaq istəyənlər çimərliklərə axın edib. "Herald Sun" qəzetinə danışan təbiət alimləri Avstraliyanın Viktoria sahilində görülən təbiət hadisəsinin sıx yağışların okeana buraxdığı orqanik maddələrin köpüyə çevrilməsiylə meydana gəldiyini söyləyib.