Azərbaycanda abort qadağan edilə bilər

21 İyun 2012 15:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda abort qadağan edilə bilər.

Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda abort qadağa edilə bilər.

Hadı Rəcəblənin sözlərinə görə, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.

 H. Rəcəbli bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və "Sağlamlığın qorunması haqında" qanunda öz əksini tapa bilər: "Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır".

Türkan Nadirqızı

Movqe.Az