ABŞ Azərbaycanı 5-ci dəfə insan alverində "2-ci kateqoriya" siyahısına saldı

21 İyun 2012 15:38 (UTC+04:00)
Birləşmiş Ştatlar Dövlət Departamentinin İnsan alverinə dair qlobal hesabatında Azərbaycan artıq 5-ci ildir ki, 2 nömrəli Nəzarət Siyahısı deyilən kateqoriyaya aid edilib.

Qonşu Ermənistan isə Nəzarət siyahısına yox, sadəcə 2-ci kateqoriyaya aid edilib ki, bu da insan alveri ilə mübarizədə əhəmiyyətli addımlar atan ölkələrə şamil edilir.

"Ümumilikdə bu il monitor edilən 185 dövlət arasında 29-u siyashıda nisbətən bir pillə irəliıəyərək, uğurlu nəticə göstərə biliblər", deyib dövlət katibi Hillari Klinton Vaşinqtonda hesabatın təqdimat mərasimində.

"Bu onu göstərir ki, hökumətlər problemlə mübarizədə bu və ya digər formada addımlar atmaqla, doğru yoldadırlar", bəyan edib dövlət katibi.

Ancaq təəssüf ki, eyni nikbinliyi birbaşa Azərbaycana şamil etmək olmaz, hər halda, hesabatın Azərbaycana aid hissəsinin təhlili bunu göstərir.

Müəlliflərin təbirincə, Azərbaycan kişilər, qadınlar və uşaqların məcburi əməyə və fahişəliyə cəlbində mənbə, tranzit və mənzil ölkədir. Əsasən kişilər Rusiyada qul əməyində istismar edilir, qadın və uşaqlar isə daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana fahişəlik məqsədilə nəql olunurlar.

"Qadın və uşaqlar həmçinin ölkə daxilində məcburi əməyə, dilənçiliyə cəlb olunurlar", deyilir hesabatda.

O da bildirilir ki, Azərbaycan həmçinin tikinti sənayesində qul kimi işlədilmək üçün trafikinq olunan Türkiyə, Əfqanıstan və Çin kişiləri üçün mənzil ölkədir. Çinli qaıdnlar küçə alveri və təsərrüfat sahəsində məcburi əməyə məruz qalırlar.

Çüəlliflərin təbirincə, ötən il vətəndaş cəmiyyəti qrupları Azərbaycanda Türkmənistan, Pakistan, Ukrayna və Filippindən olan qurbanları aşkarlayıblar. Öz növbəsində Azərbaycanlı qurbanlara əsasən Türkmənistan və Əfqanıstanda rast gəlinib.

 Qeyd olunur ki, Azərbaycan hökuməti insan alverini tamamilə aradan qaldırmaq üçün minimum standartlara cavab vermir: Ölkə əvvəlki illə müqayisədə daha az insan alverçilərinin təqibi və məsuliyyətə cəlbinə nail olub, xüsusilə məcburi əməyə istismar olunanları aşkarlamayıb.

BBC-nin məlumatında göstərilir ki, Azərbaycan məhz bunlara görə artıq beşinci ildir ki, hesabatda 2-ci nəzarət siyahısı kateqoriyasına salınır, bu isə ən pis kateqoriyadan bir pillə yüksəkdir.

Əslində bu il müəlliflər Azərbaycanı 3-cü kateqoriyaya endirə bilərdilər, ancaq hökumətin problemlər mübarizəyə dair minimum tələbləri əks etdirən planı gələcəyə daha böyük ümidlər yaratdığı üçün ölkə əvvəlki yerində qərarlaşıb.

Hərçənd, ötən müddət ərzində hökumət məsələn, mühafizə xidnmətlərinin maliyyəsini artırmaq, risk altında olan uşaqların mühafizəsi, iş yerlərində nəzarət və cinayətkarlaın təqibinə bəzi qanunvericilik dəyişiklikləri həyata keçirib.

Bunları nəzərə alan müəlliflər Azərbaycan üçün bir sıra tövsiyyələr də hazırlayıblar.Bura əsasən alver qurbanlarının müəyyənləşdirilməsi və onların müvafiq mühafizə xidmətlərinə göndərilməsi mexanizmini inkişaf etdirmək, qurbanlarla rəftarın yaxşılaşdırmaq üçün polis orqanlarına təlimlər, bu işdə iştirak edən hüquq-mühafizə işçilərinin cəzalandırlması, eləcə də bu alverlə məşğul olanların sərt cəzalandırılması üçün hüquq-mühafizə orqanlarının səylərinin artırılması daxildir.

Bundan əlavə məhkəmə təhqiqatları zamanı qurbanların müdafiəsinin gücləndirilməsi, məhkəmə qərarlarının qurbanların özləri tərəfindən seçilmiş ünvanlara göndərilməsi, passportların müsadirəsinə qarşı sərt qanuni tədbirlər,qurbanların müəyyənləşdirlməsi və onlarla rəftarda hüquq-müfafizə qüvvələrinə həssaslıq təlimlərinin təşkili və problem barədə ictimai məlimatlandırma da görüləsi tərbirlərdəndir.

Türkan Nadirqızı

Movqe.Az