Əsl səbəbi bu ola bilər

21 İyun 2012 16:43 (UTC+04:00)

Movqe.Az bildirir ki, Gecə yatmaqda çətinlik çəkən yetkinlərin qaranlıqdan qorxma ehtimallarının ola biləcəyi təyin olunub.

Kanadada 93 universitet tələbəsinin qatıldığı araşdırmada məlum olub ki, gecə yatmaqda çətinlik çəkmək və qaranlıqdan qorxmaq arasında əlaqə ola bilər.

Tədqiqatçılar, gecə yaxşı yatdığını və yaxşı yata bilmədiyini söyləyənlərə qulaqcıq verib və qulaqcıq vasitəsilə arada onlara səs ötürüblər.

Laboratoriyada işıqlar sönən zaman gecə yaxşı yata bilmədiyini söyləyənlərin yarısı qaranlıqdan qorxduğunu etiraf edib. İşıqlar yananda isə hər iki qrupdakılar səsə eyni reaksiyanı verib.Qaranlıqda isə yaxşı yatdığını söyləyənlərin səs-küyə alışdığı, yaxşı yata bilmədiyini söyləyənlərin səs-küyə reaksiya verdiyi məlum olub.

Araşdırmanın rəhbəri Dr.Tarin Moss, gecə yatmaqda çətinlik çəkən insanların işıqlar söndüyü zaman gərgin hallar yaşadığını söyləyib.