Güneldən yeni klip -video

15 Aprel 2014 16:13 (UTC+04:00)

Müğənni Azəri qızı Günel yeni klipini təqdim edib. 


Movqe.az-ın məlumatına görə, "Hər şeyə dəyər" adlı mahnıya çəkilən ekran işinin rejissoru Hasan Kuyucudur. İfaçının yeni klipi ilk dəfə "Kral TV"də göstərilib. 


Qeyd edək ki, Günel 5 illik fasilədən sonra yenidən sənətə qayıdıb. O, kliplə yanaşı albom da hazırladığını bildirib.