“Uşaqlarımı öldürüb yanlarında yatdım”

21 İyun 2012 17:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İspaniya səyahətində 2 uşağını boğaraq öldürən ingilis əsilli ana cinayətdən 2 il sonra mühakimə edilən zaman ağlasığmaz etiraflar edib. Lianne Smis birlikdə yaşadığı yoldaşı Martin Smisin həbsdə özünü asdığını öyrəndikdən sonra bu addımı atıb. Qızı 5 yaşlı Rebeka və 11 aylıq oğlu Danieli İspaniyanın Barselona şəhərindəki bir otelə aparan Smis burada uşaqlarını boğaraq öldürüb. Smis hakimə: "Cəsədləri yatağa yatırdıb, yanlarına uzandım. İkisinə də son dəfə sarılıb üzlərindən öpdüm. Gecə uşaqlarımın yanında yatdım. Oyandıqdan sonra biləklərimi kəsərək intihara təşəbbüs etdim. Lakin bədbəxtlikdən hələ də sağam" deyib.

Ananın qorxunc cinayəti izah edərkən soyuqqanlılığını qoruması məhkəmə heyətini dəhşətə salıb.