Kür çayı 15 yaşlı yeniyetməni apardı

21 İyun 2012 21:57 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Kür çayında 15 yaşlı yeniyetmə boğuldu.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində 15 yaşlı Əhmədov Köçəri Şirxan oğlu batıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar nazirliyinin dalğıc-xilasediciləri gəlsələr də, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Türkan Nadirqızı

Movqe.Az