Dünyanın ən böyük camaşırxanası-FOTLAR-VİDEO

21 İyun 2012 18:23 (UTC+04:00)

Movqe.Az bildirir ki, Mumbainin ən köhnə ənənələrindən birini yaşadan "Dhobi Ghat" camaşırxanası, qatar yolunun dərhal yanında yerləşir. Camaşırxana ingilislər tərəfindən yüz ildən çox əvvəl qurulub.

Camaşırxanada yaşayan işçilər, saat dördün yarısında paltarları islatmağa, sürtməyə və yaxalamağa başlamaq üzrə iş başına keçirlər. Təxminən 800 ədəd daş küpünün üzərində paltarlar təmizlənənə qədər döyülür.

Hələ də şəhərin otel və xəstəxanalarının çoxu çirkli paltarlarını yumaq üçün bura göndərirlər. Lakin sürətlə inkişaf edən texnologiya buradakı iş sıxlığına da təsir edir. İşçilər kimi artıq paltaryuyan maşınlar da çirklilərin təmizlənməsi üçün dövrəyə girib. Amma buna baxmayaraq, yenə də bəzi şeylər köhnə üsullarla edilir. Yuyulanpaltarların ütülənməsi üçün hələ də kömürlü ütülərdən istifadə edilir. İş miqdarının düşməsinə baxmayaraq, görülən iş inanılmaz əməyin sərf olunmasını tələb edir. Adət-ənənənin sürətlə dəyişdiyi bu ölkədə və bu şəhərdə hələ də insan əməyi ilə işləyən camaşırxana fəaliyyətinə davam edir.