Yunanıstanda koalisiya hökuməti quruldu

21 İyun 2012 19:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avropa Birliyi liderləri və maliyyə dairələrinin həftələrdir yuxularını qaçıran Yunanıstandakı siyasi qeyri-müəyyənlik hələlik sona çatıb. Bazar günü keçirilən ümumi seçkinin qalibi Antonis Samaras liderliyindəki mühafizəkar Yeni Demokratiya partiyası, kənardan dəstək alan bir koalisiya hökuməti üçün sosialist Paso və Demokratik Sol patriyası ilə razılaşıb.

Brüssel hökumətin vaxt itirmədən qurulmasından məmnundur: "Yeni baş nazir, cənab Samarasa Avropa Komissiyası Başçısı Jose Manual Barrosonun təbrik məktubunu çatdırdım. Məktubun məzmununda cənab Barosso Yunanıstanı dəstəklədiyini və Avropa Komissiyasının Yunanıstanın toparlanması prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib".

Dünən and içərək rəsmi vəzifəyə başlayan baş nazir Samaras, ana müxalifət partiyası SYRIZA-nın şiddətlə qarşı çıxdığı qurtarma paketi şərtlərinin yumşaldılması üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yenidən müzakirə masasına əyləşəciyini sözü verib. Yeni kabinetin bu gün açıqlanacağı gözlənilir.