Xərçəng yoldaşına görə saçlarını kəsdirdi

16 Aprel 2014 17:02 (UTC+04:00)

ABŞda 9 yaşındakı Kamirn adlı kiçik qız xərçəng xəstəsi olan yoldaşına dəstək ola bilmək üçün saçlarını dibindən kəsdirib . 


Lakin getdiyi məktəb müdiriyyəti məktəbə uyğun gəlmədiyi üçün qızı məktəbdən uzaqlaşdırıb


Məktəb rəhbərliyi reaksiyalar nəticəsində qərarını geri çəkib, lakin kiçik qızın məktəbdən uzaqlaşdırılmaq səbəbi kəsilmiş saçlarının məktəbli formasına uyğun gəlməməsidir.


Delaney Klements tutulduğu xərçəng xəstəliyi nəticəsində , 11 yaşında kemoterapiya ucbatından saçlarını itirib. Hər dəfə  küçəyə çıxanda insanların ona baxdığını söyləyir və buna çox kədərlənirdi.


Lakin Klements , bəlkə də çox şanslı xəstələrdən biriydi, çünki özünü tək qoymamaq üçün 9 yaşında saçlarını kökündən kəsdirmək qərarı verəcək qədər həssas bir yoldaşa sahib idi. Kamirnin qərarı onu çox xoşbəxt edib və qatıldığı bir televiziya proqramında bunları söyləyib "İnsanlar mənə oğlan uşağı deyirdi , narahat edici gözlərlə baxırdılar. Ancaq kiminsə mənim yanımda olduğunu bilmək mənə çox yaxşı gəldi. "



Məktəbin kiçik qıza uzaqlaşdırma qərarı verməsilə  Kamirnin anası sosial mediada dərhal bir kampaniya başladıb. Kampaniya səs gətirdikdə məktəb qərarından dərhal geri dönüb.


Xərçəng xəstəsi Delaney'in anası Wendy Campbell , bu qədər kiçik yaşda belə cəsur bir qərar alan Kamyrn'ın bu hərəkətinin özünü də çox təsir etdiyini söylədi.