Odessa Xalq Respublikası yaradıldı
16 Aprel 2014 18:12 (UTC+04:00)
Odessada antimaydançılar "Odessa Xalq
Respublikası"nın yaradıldığını bəyan edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya
mətbuatı yazır.
Antimaydançılar xalqı Odessa vilayətinə gələn
bütün yolları bağlamağa çağırıb.
"Bu gün Odessa vilayəti Odessa Xalq Respublikası
elan edilib. Bu respublikada hakimiyyət yalnız Odessa xalqına
məxsusdur", deyə antimaydaçıların bəyanatında
deyilir.
Bundan başqa antimaydançılar xalqı vilayətə gələn
yolları bağlamağa, avtomobillərin girişinə mane olmağa
çağırıb.