Bakıda sürücü piyadanı öldürdü

17 Aprel 2014 10:20 (UTC+04:00)

Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.  APA-nın xəbərinə görə, hadisə rayonun Ramiz Quliyev küçəsində qeydə alınıb. "90 GJ 300" nömrəli "Mercedes" in sürücüsü yolu keçmək istəyən və hələlik şəxsiyyəti müəyyənləşməyən qadını vurub. Nəticədə qadın hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.   Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə  qadının işıqlandırma olmayan küçəni keçmək istədiyi zaman baş verib. Faktla bağlı Xətai  Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.