Ancelina Colidən Suriyalı mühacirlərə kömək

22 İyun 2012 12:11 (UTC+04:00)

Movqe.Az bildirir ki, Amerikalı kino ulduzu Ancelina Coli Suriyalı mühacirlərə 100 min dollar məbləğində kömək edib. Əl-Ərəbiyənin verdiyi xəbərə görə, BM-in Mühacirlər üzrə Yüksək Komissarlığı Hollivud ulduzunun köməyini dünən Dünya Mühacirlər Günündə açıqlayıb. BMMYK xüsusi nümayəndəsi Coli də Mühacirlər Günü ilə bağlı etdiyi çıxışında, dünyada sayları gedərək artan mühacirlərlə əlaqədar problemin həllinin vacib olduğu qədər siyasi olduğunu da bildirib. Coli, məsələlərin, problemlərin daha sürətlə həll edilməsi lazım olduğunu da söyləyib.