Boksçumuzun rəqibi erməni olacaq

17 Aprel 2014 13:53 (UTC+04:00)

Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib. ANS PRESS-in Azərbaycan Boks Federasiyasından aldığı xəbərə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb. Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, dünya birinciliyi aprelin 14-dən 24-ə kimi Sofiyada Armeek Arenada keçiriləcək.