Kerri və Eşton Ukraynanı müzakirə etdilər

17 Aprel 2014 15:11 (UTC+04:00)

İsveçrənin Cenevrə şəhərində Ukrayna ilə Rusiya arasındakı böhran ətrafında dördtərəfli görüş keçiriləcək. Görüşdə ABŞ, Avropa Birliyi, Rusiya və Ukrayna nümayəndələri iştirak edəcək. Birləşmiş Ştatları dövlət katibi Con Kerri, Avropa Birliyini xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton, Rusiyanı və Ukraynanı isə xarici işlər nazirləri Serqey Lavrov və Andriy Deşitsa təmsil edir. Artıq Con Kerri ilə Ketrin Eşton arasında ikitərəfli görüş keçirilib. Tərəflər Kiyevin Moskva ilə dialoqa girmək üçün son cəhdini və Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaların mümkünlüyünü müzakirə ediblər.