Fərid Mansurov: "Anama söz vermişəm. Böyük idmana qayıtmayacam"
17 Aprel 2014 15:29 (UTC+04:00)
Tanınmış güləşçi Olimpiya çempionu Fərid Mansurov bu fikirləri Day.az sayıtına
müsahibəsində vürğulayıb:
"Açığı deyim ki, məsələ heç də zədələrdə deyil. Bu gün də böyük
idmana qayıda bilərəm. Sadəcə anama söz vermişəm. Onurğam, kəllə
sümüyüm, qabırğalarım zədələnmişdi. Hər zaman narahatlıq, qorxu,
göz yaşları və anamın inadı böyük idmandan getməkdən başqa yol
buraxmadı mənə. Axı biz tək özümüz üçün yaşamırıq. Bizim doğma
adamları üzməyə haqqımız yoxdur. Onurğam zdələndikdən sonra uzun
müddət özümə gələ bilmədim. Çoxsaylı müalicələr heç bir nəticə
vermirdi. Almaniyada əməliyyatdan bir neçə il sonra tədricən bərpa
olundum. Zədəni 2004-cü ildə almışdım. İdmandan isə 2010-cu ildə
uzaqlaşdım. Böyük idmana 1992-ci ildə gəlmişdim, 2010-cu ildə
getdim. İdmanla keçən 18 il həyatımın ən yaxşı illəri olub".