Aparıcı Ülviradan şok addım ! - ÖZƏL
17 Aprel 2014 18:03 (UTC+04:00)
Yenicə imicini dəyişən tanınmış teleaparıcı Ülvira Qarayevadan
xəbər var. Belə ki, çoxdandı efirlərdən uzaq düşən Ülvira
Qarayevanın toy məclislərində aparıcı olaraq fəaliyyətə başlaması
haqqında xəbər yayılıb. Lakin mövqe.az-ın əməkdaşı ilə danışan
zaman sevimli teleaparıcı bu xəbəri təkzib edib: " Xeyr bu doğru
deyil. Əvvəllər 2-3 toy olub ki, ailələri məhz mənim həmin toyda
aparıcı kimi çıxışımı istəyiblər və mən də getmişəm. Ümumiyyətlə
toylara aparıcı kimi getmirəm. Ancaq bundan sonra ola bilər ki, elə
toy olsun ki, bəli siz məni aparıcı kimi görəsiniz. Ancaq bu təbii
ki, toydan və qonaqlardan aslı olan məsələdi. Belə şeylərdə çox
diqqətciləm. Toy aparmaq həm məsuliyyətli, həm də fəxr ediləsi
məsələdi".