600 milyon dollara ada aldı

22 İyun 2012 12:19 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyanın ən varlıları siyahısında yer alan Lari Elison 600 milyon dollar verərək 3 minə yaxın əhalisi olan Lana adasını alıb. 36 milyard dollarlıq mülkü olan Elison dünyanın ən varlı 6-cı adamıdır. O, 3 minə yaxın əhalisi olan Lananın 98 faizini "Castle&Cooke" şirkətindən satın alıb. Dolanışığını turizm və külək enerjisi sayəsində qazanan ada sakinləri Elisona çox böyük ümüdlər bəsləyir. Adanın 2 faizi hələ də sakinlərə məxsusdur. Aprel ayına qədər 26 min turistin üz tutduğu adada Elisonun yeni otellər açaraq nəqliyyatın hərəkətini asanlaşdırması gözlənilir.